Cəlilabadda qadının əri tərəfindən öldürülməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Nərmin Qocamanlı
Fevralın 6-sı, saat 06 radələrində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın Cəlilabad rayonununda yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəlilabad rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Elxan Əmənovun bıçaqla keçmiş arvadı Aysel Abbasovaya xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
***
09:23
Fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırma aparılır.
Teqlər:
"Cəlilabadda qadının əri tərəfindən öldürülməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB"