06 Aprel 2025, 18:36
Aktauda TÜRKSOY - Azərbaycan əməkdaşlığı müzakirə olunub
Aktauda TÜRKSOY - Azərbaycan əməkdaşlığı müzakirə olunub, fikir mübadiləsi aparılıb.
Aktauda TÜRKSOY - Azərbaycan əməkdaşlığı müzakirə olunub şəkil
Aktauda TÜRKSOY - Azərbaycan əməkdaşlığı müzakirə olunub

Qazaxıstanın Aktau şəhərində "Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2025" ilinin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycanın Mədəniyyət Nazirliyindən Operativ Media-ya verilən məlumata görə mərasimdə TÜRKSOY-un baş katibi, üzv dövlətlərin mədəniyyət nazirləri və müavinləri, Türk Dövlətləri Təşkilatlarının rəhbər şəxsləri, Qazaxıstanın Mangistau vilayəti və Aktau şəhəri akimliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov təmsil olunub.

Açılış mərasimində rəsmilərin çıxışlarından sonra türk dünyası incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala-konsert olub.

Konsertdə ölkəmizdən 20-dən çox incəsənət xadimi maraqlı ifası ilə tədbirə rəng qatıb.

Tədbir çərçivəsində Murad Hüseynovla TÜRKSOY-un baş katibi Sultan Rayev arasında ikitərəfli görüş keçirilib. Görüşdə TÜRKSOY ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub, həyata keçirilən tədbirlər, gələcək layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda "mədəniyyət paytaxtı" ili ərzində təşkilat tərəfindən Aktauda planlaşdırılan fəaliyyətlər haqqında məlumat verilib.

Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anev şəhərindən təhvil alıb.

Son xəbərlər
Şamaxıda 10 kq qızılı talayıb bataqlıqda gizlənən şəxslər tutulub
20 May 2025, 17:17
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub