Menyu

Müəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu?

Müəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu?

Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulan əsərlərin müəllifi olan yazıçılara müəlliflik hüququndan istifadəyə görə müəyyən haqq ödənilir. Bu zaman aparılan royalti ödənişlərindən vergi tutulmalıdırmı?

Operativ Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininə istinadən xəbər verir ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.42-ci maddəyə əsasən, Azərbaycan Respublikasında teatr, muzey, simfonik orkestr, habelə film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirləri 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır.

Buna əsasən, teatrda tamaşaya qoyulan əsərlərin müəllifi olan yazıçılara müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə aparılan royalti ödənişlərindən bu ilin əvvəlindən 5 il müddətinə vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 102.1.42-ci maddəsi

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər