Menyu

Ceyhun Bayramov Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib

Nərmin Qocamanlı
Ceyhun Bayramov Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib

ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğvi istiqamətdə hazırda Ermənistanda müvafiq addımların atılması gözlənilir.

Operativ Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bölgədə narazılıq mənbəyi olaraq Ermənistanda revanşist meyillərin hələ də mövcud olması ciddi narahatlıq doğurur: “Ermənistanın sürətlə silahlanması təhdid mənbəyi kimi hələ də qalmaqdadır.

Revanşist meyillər dedikdə bu günlərdə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması faktlarına nəzər salmaq istərdim. Eyni hadisə əfsuslar olsun ki, dünən Fransada baş verib. Bizim gözləntimiz ondan ibarətdir ki, bu ölkələrin müvafiq strukturları digər ölkənin atributlarının yandırılmasının cinayət əməli kimi qiymətləndirilməsi üçün ciddi addımlar atsın”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər