28 Aprel 2025, 11:18
Ötən həftə 1925,4 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə aprelin 21-27-də 36 tank əleyhinə mina aşkarlanıb və zərərsizləşdirilib.
Ötən həftə 1925,4 hektar ərazi minalardan təmizlənib şəkil
Ötən həftə 1925,4 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə aprelin 21-27-də 36 tank əleyhinə mina, 35 piyada əleyhinə mina, 574 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Operativ Media-nın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1925,4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Son xəbərlər
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Bakı şəhərində GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB
Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
Azərbaycan və Moldovanın tənzimləmə qurumları arasında memorandum imzalanıb