05 May 2025, 19:14
Zakir Həsənov Türkiyə MMU-nun rektorunu qəbul edib
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.
Zakir Həsənov Türkiyə MMU-nun rektorunu qəbul edib şəkil
Zakir Həsənov Türkiyə MMU-nun rektorunu qəbul edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan qardaş ölkənin Milli Müdafiə Universitetinin (MMU) rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Operativ Media-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, xatirələrinə ehtiram nümayiş etdiriblər. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək gül dəstələri düzüblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə qonaqları salamlayan nazir onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud hərbi əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi hərbi təhsil sahəsində də davam və inkişaf etdirildiyini ifadə edib.

Professor E.Afyoncu öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Qonaq elm və təhsil sahələrində əlaqələrimizin hər iki qardaş ölkə ordularının müasir milli kadr potensialının qüdrətlənməsinə müsbət təsirini diqqətə çatdırıb.

Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qonaqlarla görüşərək keçiriləcək Yüksək Dialoq İclasının hər iki ölkənin hərbi təhsil ocaqlarına qarşılıqlı faydalarından danışıb, eləcə də ölkələrimiz arasındakı hərbi təhsil sahəsindəki əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələləri müzakirə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
"Napoli" De Bröyneni heyətinə qatmağa hazırlaşır
Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb
İran prezidenti: ABŞ-ylə razılaşmaya ciddi yanaşırıq