07 May 2025, 16:33
Vyetnam liderinin rəsmi qarşılanma mərasimi keçirilir
Prezident İlham Əliyev Vyetnam liderini qarşılayıb.
Vyetnam liderinin rəsmi qarşılanma mərasimi keçirilir şəkil
Vyetnam liderinin rəsmi qarşılanma mərasimi keçirilir

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamın rəsmi qarşılanma mərasimi olub.

Operativ Media-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verib.
Prezident İlham Əliyev və Baş katib To Lam fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi Azərbaycan əsgərlərini salamlayıb.
Vyetnam və Azərbaycanın dövlət himnləri səslənib.

Sonra rəsmi foto çəkdirilib.

Son xəbərlər
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Müəllimlərin sertifikasiya imtahanı nə vaxt keçiriləcək?