Menyu

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib

Əsəd Abbaslı
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib
1 dəq oxu

Hərbi qulluqçulara təlimin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Azərbaycan Ordusunun Türkiyənin Konya şəhərində “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək hərbi qulluqçularına mayın 8-də sıra baxışı keçirilib.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, hərbi qulluqçulara təlimin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib, təhlükəsizlik qaydaları və təşkilati məsələlərlə bağlı müvafiq tapşırıqlar çatdırılıb.

Cari ilin 12-23 may tarixlərində keçiriləcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış- xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edəcək.

Əlaqəli Xəbərlər