"NATO-Gürcüstan təlimi 2025" başa çatıb
Əsəd Abbaslı
Azərbaycanın da iştirak etdiyi “NATO-Gürcüstan təlimi 2025” başa çatıb.
Operativ Media xəbər verir ki, Gürcüstanın NATO ilə əməkdaşlığı çərçivəsində keçirilən “NATO-Gürcüstan təlimi 2025” adlı dördüncü komanda-qərargah təlimi uğurla yekunlaşıb.
Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) baş tutub.
Təlimdə NATO-ya üzv və tərəfdaş ölkələr də aktiv iştirak ediblər. Azərbaycan da bu çoxmillətli təlimdə iştirak edən dövlətlər arasında olub.
NATO və tərəfdaş ölkələrin 17 nümayəndə heyəti ilə yanaşı, bir sıra beynəlxalq təşkilatlar və strukturlar təlim prosesinə cəlb olunub.
Təlim regionda təhlükəsizlik və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəlib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net