11 May 2025, 19:35
Şəhid Telman Haqverdiyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Şəhid Telman Haqverdiyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib şəkil
Şəhid Telman Haqverdiyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Birinci Qarabağ müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli mayor Telman Əliməmməd oğlu Haqverdiyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Tədbir iştirakçılarına mayor T.Haqverdiyevin şərəfli həyat və nümunəvi döyüş yolu haqqında ətraflı məlumat verilib.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər
Azərbaycan–Ukrayna Hökumətlərarası Komissiyasının 13-cü iclası keçirildi
Ərdoğan: "41 illik terror bəlasının sona çatması prosesinə start verilib"
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
Fövqəladə Hallar Naziri və BMMT-nin Baş katibi Fəxri Xiyabanı ziyarət ediblər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib