KİV: "Nissan" on mindən çox işçisini ixtisar edəcək

Nərmin Qocamanlı
KİV: "Nissan" on mindən çox işçisini ixtisar edəcək

"Nissan" avtomobil konserni zəif maliyyə göstəriciləri səbəbindən Yaponiya və digər ölkələrdə on mindən çox işçisini ixtisar edəcək.

Operativ Media xəbər verir ki, bu barədə NHK telekanalı xəbər verir.

Məlumata görə, ümumilikdə ixtisar 20 min nəfəri əhatə edəcək ki, bu da bütün işçilərin 15 faizinə bərabərdir.

Burada həmçinin bildirilir ki, 2024-cü il aprelin 1-dən 2025-ci il martın 31-dək davam edən son maliyyə ili üçün Nissan-ın xalis zərəri rekord həddə - 750 milyard yen (beş milyard dollardan çox) olub. Martın əvvəlində bu məbləğ 80 milyard yen (544 milyon dollar) səviyyəsində qiymətləndirilirdi.

Digər xəbərlər