17 May 2025, 22:49
Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilib
Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilib şəkil
Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilib

Azərbaycan Ordusunda psixoloqların peşə hazırlığının artırılması istiqamətində mühüm addımlar atılır.

MN-dən Operativ Media-ya verilən məlumata görə, bu məqsədlə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda xüsusi psixoloji təlim təşkil olunub.

Təlim, hərbi psixoloqların müxtəlif ekstremal şəraitlərdə daha effektiv fəaliyyət göstərə bilmələri üçün nəzərdə tutulub.

Tədbir proqramına Türkiyədən dəvət edilmiş psixoloqlar “Şəxsiyyət pozuntuları”, "Blackboard terapiya" mövzularında təqdimatlarla çıxış ediblər. Mütəxəssislər tərəfindən iştirakçılara fərdlərarası sözlə təsirin qüvvəsi, özünü idarəetmə zamanı sözün təsir gücü, eləcə də şəxsiyyət pozuntularının göstəriciləri barədə ətraflı məlumatlar verilib.

Təlimin sonunda nəzəri və praktiki biliklərin qiymətləndirilməsi məqsədilə interaktiv tapşırıqlar yerinə yetirilib, həmçinin iştirakçıların sualları cavablandırılıb.

Son xəbərlər
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb
"Sumqayıt" ilk transferini açıqladı
Rubio və Lavrovun müzakirə etdiyi məsələlər açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,4 milyondan çox sərnişinə xidmət edib