Bu gün Bakının iki rayonunda qaz olmayacaq
Əziz Əzizli
1 dəq oxu
Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədər olaraq 20.05.2025–ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan Operativ Media-ya verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Nizami küçəsinom, Ləhiş bağlarının, Maştağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsinin O.Şabanov, E.Qasımov, R.Abdullayev, F.Bayramov, H.Quliyev, E.Məmmədov, İ.Əhlimanov, Dənizkənarı, Məktəbli, Bağça, İ.Məmmədov, Ş.Ziyadov, S,Qılmanov küçələri, Zeytun sovxozu, Quşçuluq, Sahil döngələri, Bağlar ərazisindəki istehlakçların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sorğu