Ana səhifə / Ölkə / Azərbaycan və Pakistan korrupsiyaya qarşı mübarizə üzrə Anlaşma Memorandumu imzalayacaq Azərbaycan və Pakistan korrupsiyaya qarşı mübarizə üzrə Anlaşma Memorandumu imzalayacaq 20.05.2025, 14:47 Nərmin Qocamanlı Pakistan Azərbaycanla korrupsiyaya qarşı mübarizə sahəsində Anlaşma Memorandumu imzalamağı planlaşdırır. Operativ Media xəbər verir ki, bu barədə Pakistanın Milli Hesabatlılıq Bürosunun sədr müavini Sohail Nasir jurnalistlərə bildirib. "Pakistan Azərbaycanla Anlaşma Memorandumu imzalamağa hazırdır, çünki biz korrupsiyaya qarşı mübarizədə birgə irəliləməliyik", - o qeyd edib. Sədr müavininin sözlərinə görə, sənədin imzalanması tərəflərə seminarlar, təlim proqramı, birgə təlim təşkil etməyə imkan verəcək. S.Nasir hesab edir ki, Azərbaycan və Pakistan bu cür əməkdaşlıqdan fayda əldə edəcək. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor
07.07.2026, 23:58 Bakıda Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri keçiriləcək