Menyu

"Azərikimya" Etilen-polietilen zavodunda baş verən hadisə ilə bağlı məlumat yayıb

Əziz Əzizli
"Azərikimya" Etilen-polietilen zavodunda baş verən hadisə ilə bağlı məlumat yayıb
1 dəq oxu

Bu gün saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.

Operativ Media xəbər verir ki, bu barədə zavodun məlumatında deyilir.

Bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək evə buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi araşdırılır.

Əlaqəli Xəbərlər