Menyu

Döyüş hazırlığı üzrə məşqlər keçirilib - VİDEO

Nərmin Qocamanlı
Döyüş hazırlığı üzrə məşqlər keçirilib - VİDEO

Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış “İkitərəfli hərbi əməkdaşlıq planı”na əsasən, Serbiya Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün döyüş hazırlığı üzrə məşqlər keçirilib.

MN-dən Operativ Media-ya verilən məlumata görə, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mütəxəssisləri tərəfindən keçirilən hazırlıqda döyüş əməliyyatları zamanı müxtəlif silahların tətbiqi, döyüş düzülüşü, irəliləmə texnikası, pilotsuz uçuş aparatları, müşahidə və zərbə dronlarından istifadə qaydaları və üsulları məşq etdirilib.

Təlim çərçivəsində praktiki atışlar icra olunub.

Teqlər:

"D\u00f6y\u00fc\u015f haz\u0131rl\u0131\u011f\u0131 \u00fczr\u0259 m\u0259\u015fql\u0259r ke\u00e7irilib - V\u0130DEO"

Əlaqəli Xəbərlər