Menyu

Gəncədə ağır yol qəzası ölümə səbəb olub

Əsəd Abbaslı
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
1 dəq oxu

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Operativ Media xəbər verir ki, hadisə Gəncə şəhər ərazisində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobilin sürücüsü, Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Vüsal Bayramov ağır xəsarət alıb.

Həyat yoldaşı, 1985-ci il təvəllüdlü Jalə Nəbiyeva isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılıb.

Əlaqəli Xəbərlər