21 May 2025, 14:46
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib şəkil
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 iyun 2025-ci il tarixində BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

Bu barədə Operativ Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat https://epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat”  xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

BB vəzifə qrupu üzrə test imtahanı 22 iyun saat 11:00-da kompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat 21 may 2025-ci il saat 14:30-dan 12 iyun saat 14:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb.

Son xəbərlər
Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb
Füzulidə "Son zəng" mərasimi keçirilib - FOTOLAR
Hikmət Hacıyev: Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Ermənistan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
İsrail Şərqi Azərbaycan vilayətində dörd hədəfə raket zərbələri endirib
Bazar gününün hava proqnozu açıqlanıb
Cəbrayılda 32 il sonra ilk “Son zəng” çalındı - FOTOLAR
Netanyahunun ofisi: İsrail İranda əməliyyatını genişləndirir