Bakıda parklanma məntəqələrinin sayı 3 dəfədən çox azaldılıb
Bakıda parklanma məntəqələrinin sayı 3 dəfədən çox azaldılıb.
Operativ Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək məqsədilə parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir.
Bildirilib ki, müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə altında birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur: “Görülən işlər çərçivəsində məntəqələrin sayı 2 400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net