Menyu

Baş prokurorun müavini beynəlxalq görüşlər keçirib

Əsəd Abbaslı
Baş prokurorun müavini beynəlxalq görüşlər keçirib

Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclas 2025-ci il 19–23 may tarixlərində Bakı şəhərində təşkil olunub.

Operativ Media xəbər verir ki, tədbir çərçivəsində keçirilən ikitərəfli görüşlərdə Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib.

Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Komissiyasının Beynəlxalq əməkdaşlıq üzrə köməkçisi Çin Kit Çeunq ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi əsasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və hüquqi islahatlar, eləcə də bu sahədə əldə olunan müsbət nəticələr barədə ətraflı məlumat verilib.

Bundan əlavə, Kosta-Rika Respublikasının Baş Prokurorunun müavini Xuan Karlos Miranda ,Fici Respublikası Korrupsiyaya qarşı Müstəqil Komissiyasının rəhbəri xanım Barbara Malimali və Tonqa Krallığının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının rəhbəri Kris Lahatte ilə də işgüzar görüşlər keçirib. 

Görüşlər zamanı ölkəmizin korrupsiya cinayətlərinin qarşısının alınması və onların istintaqı sahələrində əldə edilmiş müsbət təcrübə barədə geniş məlumat verilib. 

Tərəflər, belə görüşlərin hüquq-mühafizə orqanları və anti-korrupsiya qurumları arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Qonaqlar tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnuniyyətlə qeyd edərək, bu cür platformaların korrupsiyaya qarşı mübarizədə beynəlxalq tərəfdaşlıq və təcrübə mübadiləsi baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Beynəlxalq forum proqram üzrə fəaliyyətini davam etdirir.

Teqlər:

"Ba\u015f prokurorun m\u00fcavini beyn\u0259lxalq g\u00f6r\u00fc\u015fl\u0259r ke\u00e7irib"

Əlaqəli Xəbərlər