Xocalı şəhəri və Ballıca kəndinə daha 9 ailə yola salınıb
Əziz Əzizli
Xocalı şəhərinə və rayonun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Operativ Media xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29) nəfər köçürülüb.
Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 85 ailə (341 nəfər), Ballıca kəndinə isə 172 ailə (811) nəfər köç edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net