Menyu

Azərbaycanda mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib

Azərbaycanda mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib

Azərbaycanda etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlığının artırılması məqsədilə mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib.

Operativ Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiq etməsi ilə mümkün olub.

Belə ki, dəyişikliklərə əsasən, din xadimləri, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular mediator ola bilməzlər.

Bundan başqa, siyahıya hüquq-mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna ( o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər də əlavə edilib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər