Menyu

Gələn il Azərbaycanda İƏT ölkələrinin yüksək səviyyəli görüşü keçiriləcək

Nərmin Qocamanlı
Gələn il Azərbaycanda İƏT ölkələrinin yüksək səviyyəli görüşü keçiriləcək

Bakı 2026-cı ildə İƏT-ə üzv dövlətlərin anti-korrupsiya qurumlarının yüksək səviyyəli görüşünə ev sahibliyi edəcək.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Heydər Məmmədov Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasının bağlanış mərasimində çıxışı zamanı bildirib.

Baş prokurorun müavini qeyd edib ki, ötən ilin 26-27 noyabr tarixlərində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə Azərbaycan İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib.

Həmçinin, 2026-cı ildə keçiriləcək növbəti sessiya və yüksək səviyyəli görüşə ev sahibliyi etmə hüququ Azərbaycana həvalə olunub.

Teqlər:

"G\u0259l\u0259n il Az\u0259rbaycanda \u0130\u018fT \u00f6lk\u0259l\u0259rinin y\u00fcks\u0259k s\u0259viyy\u0259li g\u00f6r\u00fc\u015f\u00fc ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər