Menyu

İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub

Nərmin Qocamanlı
İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub

"Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, hər iki ölkənin hərbi qulluqçular yetişdirən xüsusi təyinatlı təhsil müəsisələrində təhsilin təşviqi məqsədilə uğur qazanaraq fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim olunur.

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, İtaliyanın Livorno Hərbi Dəniz Akademiyasını fərqlənmə ilə bitirən kiçik leytenant Rikardo Romanoya Azərbaycan HDQ komandanı adından imzalanmış sertifikatla birlikdə “Dənizçi kortiki” hədiyyə edilib.

Hədiyyə italiyalı zabitə Azərbaycan Respublikasının İtaliyadakı Hərbi Attaşelik aparatının nümayəndəsi tərəfindən təqdim olunub.

Qeyd edək ki, Niyyət Protokolunun müddəalarına uyğun olaraq, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini fərqlənmə ilə bitirən bir zabitə isə İtaliya HDQ komandanlığı adından “Tələbələrin şərəf qılıncı” hədiyyə edilir.

Teqlər:

"\u0130taliyal\u0131 zabit\u0259 Az\u0259rbaycan HDQ komandan\u0131 ad\u0131ndan \u201cD\u0259niz\u00e7i kortiki\u201d h\u0259diyy\u0259 olunub"

Əlaqəli Xəbərlər