Quldurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb
Nərmin Qocamanlı
Fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində 3 nəfərin bıçaqla hədələnməsi, onların birindən içərisində 2.000 ABŞ dolları və sənədlər olan cüzdanının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Cavadov və Biləsuvar rayon sakini Asif Bağışov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net