30 May 2025, 14:26
Hərbi nizamnamələrin yeni layihələri təqdim olunub
Hərbi nizamnamələrin yeni layihələri təqdim olunub şəkil
Hərbi nizamnamələrin yeni layihələri təqdim olunub

Mayın 30-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxslərindən ibarət işçi qrupu tərəfindən hazırlanan yeni layihələri təqdim olunub. 

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirdə müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi nizamnamələrin yenilənməsi məqsədilə yaradılan işçi qrupunun fəaliyyəti və təqdim edilən layihələr barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, müasir dövrün tələblərinə əsasən hazırlanan hərbi nizamnamələrin yeni layihəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, tətbiq edilən yeniliklər və milli-mənəvi dəyərlərimiz nəzərə alınıb.
Tədbirdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi intizamın daha da möhkəmləndirilməsi, nümunəvi hərbi xidmət edən hərbi qulluqçuların mükafatlandırılmasına dair tövsiyələr verib və aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub
.

Son xəbərlər
Kreml: Azərbaycan-Ermənistan Əbu-Dabi danışıqlarını alqışlayırıq
Muxtar Babayevlə COP30-un prezidenti Vyanada iqlim müzakirələri aparıblar
10 İyul 2025, 13:41
Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmində artım var
"Mingəçevir" yeni məşqçi ilə müqavilə imzaladı
27 şəhər və rayonda sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb
FİFA reytinqi: Azərbaycan millisi gerilədi
Əbu-Dabidə nələr müzakirə olunur?