Lənkəranda avtomobil piyadanı vurub
Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.
"Operativ Media" xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonun Göyşaban kəndi ərazisindən keçən hissəsində bas verib. Yolu keçmək istəyən piyada, rayonun Boladi kənd sakini - 1959-cu il təvəllüdlü Əyyaz Turab oğlu Heydərovu avtomobil vurub. Sürücü dərhal onu Lənkəran Rayon Mərkəzi xəstəxanasına catdırıb.
Yaralıya ilkin tibbi yardim göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net