Menyu

Azərbaycan Ordusu atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib - VİDEO

Azərbaycan Ordusu atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib - VİDEO

Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, olana əsasən, bölmələrin daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə yerləşməsi, texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra olunub.

Təlimlərdə bölmələr haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib. Şərti düşmən hədəflərinin sərrast artilleriya atışları ilə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimin keçirilməsində əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına yönəldilib.

Teqlər:

"Az\u0259rbaycan Ordusu at\u0259\u015fli reaktiv sisteml\u0259rd\u0259n d\u00f6y\u00fc\u015f at\u0131\u015flar\u0131 icra edib - V\u0130DEO"

Əlaqəli Xəbərlər