13 İyun 2025, 17:46
Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb şəkil
Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

İyunun 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi cənab Viktor Mahmudov ilə görüşüb. 

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, müdafiə naziri qonağı salamlayıb və onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığa böyük töhfə verdiyini vurğulayan nazir hərbi əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Cənab V.Mahmudov öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq Azərbaycan və Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb.

Görüşdə regional təhlükəsizliyə dair geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb