Menyu

Buzovnada taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Buzovnada taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanılıb

Fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfərin sürücünü döyərək mobil telefonunu almaları və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurmaları barədə polisə məlumat daxil olub. 

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar müəyyən olunaraq saxlanılıblar. 

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər