Menyu

Hərbi qulluqçularımız Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər

Nərmin Qocamanlı
Hərbi qulluqçularımız Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər
1 dəq oxu

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Serbiyada keçirilən "Platinum Wolf - 2025" çoxmillətli sülhü dəstəkləmə əməliyyatları təlimində iştirak edir. 

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, Beynəlxalq təlimdə atış, piyada və texnika ilə patrulluq, yaşayış məntələrində əməliyyatlar, yoxlama məntəqələrinin qurulması, izdiham və  iğtişaşların qarşısının alınması, əsirlərlə davranış, döyüş zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, kütləvi qırğın silahlarından mühafizə və digər mərhələlər üzrə tapşırıqlar yerinə yetiriləcək. 

Azərbaycan, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Şimali Makedoniya və Yunanıstan hərbçilərinin iştirak etdiyi təlim iyunun 28-dək davam edəcək. 

Fotogalereya

Əlaqəli Xəbərlər