Menyu

Bakı sakinindən "Makarov" tipli tapança götürülüb

Nərmin Qocamanlı
Bakı sakinindən "Makarov" tipli tapança götürülüb
1 dəq oxu

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Fuad Musayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 patron aşkar olunaraq götürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər