19 İyun 2025, 20:25
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri yekunlaşıb
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri yekunlaşıb şəkil
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri yekunlaşıb

Qazaxıstanın Aktau şəhərində keçirilən "Caspian Breeze - 2025" hərbi dəniz təlimləri başa çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin iştirak etdiyi təlim uğurla sonlandırılıb.

Təlimlərdən sonra hər iki ölkənin ən yaxşı hərbi dənizçilərinə fəxri kuboklar təqdim olunub.

Təlimlər zamanı dənizçilər birgə manevr elementləri, axtarış-xilasetmə işlərinin təmin edilməsi, qorunmayan yolda asimmetrik təhlükələrin dəf edilməsi məsələləri üzərində işləyiblər.

Təxribata qarşı dəstəyin və hava hücumundan müdafiənin təşkilinə xüsusi diqqət yetirilib.

Qazaxıstan Hərbi Dəniz Qüvvələri Komandanının birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov qeyd edib ki, təlimlər 2015-ci ildən keçirilir:

"Təlimlər döyüş hazırlığının və ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha bir təsdiqi oldu. Qazaxıstanla Azərbaycan arasında dostluq və əməkdaşlıq ildən-ilə daha da möhkəmlənir".

Son xəbərlər
ABŞ-də qızılcaya yoluxanların sayı artıb
“Qarabağ”ın ÇL-dəki potensial rəqiblərinin ilk oyunu keçirilib
ABŞ BMT-nin Fələstin üzrə xüsusi məruzəçisinə sanksiya tətbiq edib
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb