15 Fevral 2023, 20:25
Ceyhun Bayramov Karen Donfrid ilə telefonla danışıb
Ceyhun Bayramov Karen Donfrid ilə telefonla danışıb şəkil
Ceyhun Bayramov Karen Donfrid ilə telefonla danışıb

15 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında növbəti telefon danışığı baş tutub.

"Operativ Media" xəbər verir ki, tərəflər regionda cari vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların perspektivləri barədə müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın Laçın yolunda yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verdiyini, lakin Ermənistan tərəfindən Laçın yolunun qeyri-qanuni iqtisadi fəaliyyətlər, erməni hərbçilərinin rotasiyaları, minaların daşınması üçün sui-istifadə edildiyini bildirib. Laçın yolunda etiraz aksiyaçılarının legitim tələblərinin hələ də yerinə yetirilmədiyini qeyd edib. Bölgədə guya “gərgin humanitar” vəziyyət yarandığı barədə iddiaların heç bir əsasının olmadığını vurğulayıb.

Nazir, həmçinin Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi üzrə manipulyasiyalara yol verdiyini diqqətə çatdırıb.

Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Ermənistan MSK Avropaya inteqrasiya ilə bağlı toplanmış imzaları etibarlı sayıb
İlham Əliyev: Bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvaram
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB
Nobel mükafatı laureatlara təqdim edilib
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
10.Dekabr.2024, 17:18
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Azərbaycan II Liqası: "Qusar" səfərdə, "Hypers Guba" evdə qalib gəldi
Suriya keçid hökumətinin müvəqqəti Baş naziri təyin edilib
Vəkillər Kollegiyasında Məhkəmə Ekspertizası Şurasının İşçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib
Cənub Qaz Dəhlizinin idarə olunması SOCAR-a həvalə edilib - SƏRƏNCAM
Hindistan Rusiya ilə müdafiə sahəsində tərəfdaşlığını artırmaq istədiyini açıqlayıb