http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vatsapda lotereya keçirmək adı altında minlərlə insanı aldadan dələduzlar həbs edilib

12 Sentyabr 2022 , 22:39
Vatsapda lotereya keçirmək adı altında minlərlə insanı aldadan dələduzlar həbs edilib

Son aylar vatsap ani mesajlaşma mübadilə sistemində onlayn lotereyaların təşkil olunduğu, qoyulan pulun 5 qatının əldə ediləcəyi barədə şirnikləndirici vədlər verilərək orada iştirak edən şəxslərin aldadıldığı barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub.

DİN-dən "Operativ Media"ya 

verilən məlumata görə, bu işlə bağlı zərərçəkən şəxslərin, eləcə də onlayn lotereya keçirmək adı altında insanları aldadan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində vatsap qrupları yaradaraq guya onlayn lotereya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılaraq Baş İdarəyə gətiriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotereya təşkil etdikləri 2 vatsap qrupu olub. Kişilərin qrupunda adminlik Pavlov Qennadiy, qadınların qrupunda isə Aida Əliyeva tərəfindən həyata keçirilib.

Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Saxlanılan şəxslər insanlarda inam yaratmaq məqsədilə hər gün qruplarda guya müxtəlif şəxslərə ödənişlər etdiklərini bildiriblər və bunun üçün saxta ödəniş qəbzləri hazırlayaraq paylaşıblar. Həmçinin Aida Əliyeva qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu və ödənilən pulların 5 qat qazanc formasında onlara geri qaytarılacağına vəd edib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Aida Əliyeva və Pavlov Qennadiy təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

DİN sonda bir daha vətəndaşları onalyn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri təşkil edən şəxslərə, həmçinin lotereya adı altında şişirdilmiş qazanclar vəd edən “işbazlara” inanmamağa çağırıb.

OXŞAR XƏBƏRLƏR
Peskov Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinin səbəbini açıqlayıb

Peskov Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinin səbəbini açıqlayıb

Peskov: "Crocus City Hall”un gələcək taleyi barədə danışmaq tezdir

Peskov: "Crocus City Hall”un gələcək taleyi barədə danışmaq tezdir

Emin Ağalarov: “Crocus”un bərpası ilə bağlı yekun qərar yoxdur"

Emin Ağalarov: “Crocus”un bərpası ilə bağlı yekun qərar yoxdur"

XƏBƏR LENTİ
  • 17:45

    Əfqanıstanda zəlzələ olub
  • 17:42

    ABŞ bu il Baltikyanı ölkələrə müdafiə üçün 228 milyon dollar ayırıb
  • 17:35

    Əməkdar artist Rahib Əliyev vəfat edib
  • 17:29

    Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib
  • 17:14

    163 dövlət əmlakı üzrə hərrac keçiriləcək
  • 17:13

    Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
  • 17:12

    Türkiyə və Azərbaycan birgə tarixi film çəkəcəklər
  • 17:10

    İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib
Menyu