Menyu

Bərdə sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb

Nərmin Qocamanlı
Bərdə sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb
1 dəq oxu

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri Rüstəm Kərimov və Məqsəd Bayramov saxlanılıblar. Onların evində  aparılan müvafiq axtarışlar zamanı müxtəlif qablaşdırmalarda 1 kiloqram 200 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
 
Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Fotogalereya

Əlaqəli Xəbərlər