26 İyun 2025, 12:13
Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub
Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub şəkil
Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib. 

MN-dən Operativ Media-ya verilən məlumata görə, nazirliyin rəhbər heyəti Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmətlə yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə qızılgüllər düzülərək ehtiram nümayiş etdirilib. 

Daha sonra Zəfər parkında fəxri qarovulun iştirakı ilə Zəfər abidəsinin önünə əklil qoyulub. 

Son xəbərlər
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər
Ötən gün axtarışda olan 6 nəfər saxlanılıb
Rusiya Zəngəzur dəhlizi söhbətlərinə reaksiya verib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Azərbaycan XİN Türkiyəni təbrik edib
"Qarabağ" "Zaltsburq"la qarşılaşacaq
Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib
İran və Rusiya XİN rəhbərləri Çində danışıqlar aparacaq