16 Fevral 2023, 10:51
Milli arxiv fondu sənədlərindən istifadə qaydası təsdiq edilib
Milli arxiv fondu sənədlərindən istifadə qaydası təsdiq edilib şəkil
Milli arxiv fondu sənədlərindən istifadə qaydası təsdiq edilib

“Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi Forması” sahə arxiv fondlarında mühafizə edilən milli arxiv fondu sənədlərinin kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumatın əldə edilməsini və onların daha etibarlı mühafizəsinə nəzarət etməklə dövlət qeydiyyatının aparılmasını təmin edir.

"Operativ Media" xəbər verir ki, qanuna əsasən, təşkilatlar bu formaya uyğun olaraq, arxiv fondlarının tərkibi və həcmi barədə Milli Arxiv İdarəsinə hər il yanvar ayının 25-dək məlumat verməlidirlər.

“Milli arxiv fondu sənədlərindən istifadə Qaydası” ilə əsasən aşağıdakı məsələlər tənzimlənir:

Milli arxiv fondu sənədlərindən istifadənin formaları;

hüquqi və fiziki şəxslərin müraciətləri və ya arxivin öz təşəbbüsü ilə arxiv sənədləri əsasında məlumatın verilməsi məsələlərinin tənzimlənməsi;

Milli arxiv fondu sənədlərinin dövlət arxiv xidməti təşkilatının oxu zallarında elmi-tədqiqat məqsədilə istifadəçilərə verilməsinə dair tələblərin və məsuliyyətin müəyyən edilməsi;

Milli arxiv fondu sənədlərinin sərgilərdə, muzeylərdə nümayiş etdirilməsi ilə bağlı məsələlər;

Milli arxiv fondu sənədləri əsasında elmi nəşrlərin, sənəd külliyyatlarının hazırlanması;

Milli arxiv fondu sənədlərinin əsillərinin mədəni-kütləvi təbirlərlə bağlı zərurət olduqda arxiv sənədlərinin mülkiyyətçisinə, habelə istintaq, əməliyyat-axtarış faəliyyəti üçün müvafiq qurumlara müvəqqəti istifadəyə verilməsi;

Arxiv fondu sənədlərindən istifadənin digər formaları (vətəndaşın şəxsi və ailə həyatı ilə bağlı, mədəni irs hesab edilən arxiv fondu sənədlərindən, habelə məxfi və konfidensial sənədlərdən istifadə) və bu zaman həyata keçirilən prosedurlar.

 

Son xəbərlər
FHN Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Tramp Kapitoliya basqınında təqsirli bilinənləri əfv edəcək
Ömər aşırımına qar yağıb
Putin Orbanın atəşkəs təklifinə münasibət bildirib
Müharibə zonalarında həlak olan jurnalistlərin sayı açıqlanıb
Fəxrəddin Altun: Türkiyə bundan sonra da Suriya xalqını dəstəkləyəcək
Qubada partlayışda xəsarət alan şəxs ölüb
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib