16 Fevral 2023, 10:51
Xətaidə məzildən 6500 dollar və 50 min rubl oğurlanıb

Paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birindən qeyri-aşkar şəraitdə oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
DİN-dən "Operativ Media"ya verilən məlumata görə, faktla bağlıXətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, müxtəlif üsul və vasitələrlə mənzilə qanunsuz daxil olmaqla oradan 6500 ABŞ dolları və 50.000 rus rublunun oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Rüstəmov tutularaq istintaqa cəlb olunub.
Xətai Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə işi cinayət işi başlanılıb, istintaq aparılır.