16 Fevral 2023, 11:16
Bakıda telefon oğrusu saxlanılıb
Bakıda telefon oğrusu saxlanılıb şəkil
Bakıda telefon oğrusu saxlanılıb

Ötən il dekabrın 31-də paytaxtın Səbail rayonu ərazisində 3 qadının müxtəlif markalı mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. 

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, müəyyən olunub ki, həmin qadınların mobil telefonları dekabrın 31-də Səbail rayonu ərazisində keçirilən bayram yarmarkasında insanların sıx olduğu yerdə oğurlanıb.   

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən paytaxt ərazisində yaşayan Biləsuvar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 24 yaşlı Ağamoğlan Abdalov müəyyən olunaraq saxlanılıb. 

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in “102- Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Son xəbərlər
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb
Prezident: "Biz tarixi ədaləti bərpa etməli idik"
Putin Trampla telefon danışığını bitirib - YENİLƏNİB
İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb
Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
"İçərişəhər" stansiyasında retro vaqonların nümayişinə başlanılacaq