Menyu

Biləcəridə mağazanın önüdən 2500 manat dəyərində elektrik naqili oğurlanıb

Nərmin Qocamanlı
Biləcəridə mağazanın önüdən 2500 manat dəyərində elektrik naqili oğurlanıb

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazalardan birinin qarşısından 2500 manat dəyərində elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəriman Nadirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər