30 İyun 2025, 12:28
Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirilib
Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirilib şəkil
Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə nazirliklərinin əməkdaşları arasında görüş keçirilib. 

MN-dən Operativ Media-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə qazaxıstanlı qonaqlara Azərbaycan Ordusunda Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı, təhsil sistemində aparılmış islahatlar, müdafiə planlaşdırılması çərçivəsində planlama, proqramlaşdırma, büdcələşdirmə sisteminin tətbiqi ilə bağlı brifinq təqdim olunub.

Sonra qonaqlar ƏİK taborunda NATO standartlarının Azərbaycan Ordusunda tətbiqi ilə tanış olublar.

Nümayəndə heyətinə ƏİK bölmələri haqqında brifinq təqdim olunub, qonaqlar silah və texnikayla tanış olublar. 

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, tərəflər arasında ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Sabah hava necə olacaq? - PROQNOZ
"Mançester Siti" 6 futbolçusu ilə vidalaşa bilər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Hansı ixtisas qrupuna maraq daha çoxdur?