Menyu

Baş Prokurorluq: Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir

Nərmin Qocamanlı
Baş Prokurorluq:  Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən vətəndaş Xəqani Quliyevin 2019-cu il avqustun 8-də Sumqayıt şəhərində xəsarət almasına dair cinayət işi üzrə ibtidai istintaqın qeyri-obyektiv aparılması ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qeyd olunan cinayət işi üzrə ittiham aktı 2021-ci il sentyabrın 9-da Sumqayıt şəhər prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə iş üzrə təqsirləndirilən şəxslər - Bəxtiyar Fərəcov 8 il 6 ay müddətinə, Sabir Əskərov 2 il 9 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Tural Sadıqov isə 1 il 6 ay müddətinə sınaq müddəti ilə şərti cəzaya məhkum edilib.
 
Hökm Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər