16 Fevral 2023, 12:50
Şəkidə restorandan oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Şəkidə restorandan oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb şəkil
Şəkidə restorandan oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Elçin Rüstəmzalov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şəxsi axtarış zamanı saxlanılan şəxsdən 50 qrama yaxın tiryək aşkar edilərək götürülüb.

E.Rüstəmzalovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun digər iki nəfər tanışı- əvvəllər dəfələrlə məhkum olunmuş Ağdaş rayon sakini Rəcəb Babayev və Həbillah İbrahimovla birlikdə rayon ərazisində yerləşən restorandan müxtəlif məişət əşyaları, kabel oğurladıqları məlum olub. Onlar oğurladıqları həmin məişət əşyalarını əlvan metal qəbulu məntəqəsinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər. Keçirilən tədbirlərlə digər iki nəfər də müəyyən edilərək təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Son xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib
Leyla Əliyeva Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib
Avropa Komissiyasının rəhbəri qarşıdakı 5 ilin əsas planını açıqlayıb
Azərbaycan II Liqa: "Şəfa" darmadağınla qalib gəldi
Zaxarova: Makron nüvə silahı ilə manipulyasiya edir
Yaponiya Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayır
Ramazan ayının 19-cu gününün duası - İmsak və iftar vaxtı