Menyu

Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb

Əsəd Abbaslı
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.

Bu barədə Operativ Media-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərində Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edib.

Sonra idarə rəisi Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi general-mayor Şalva Şengelia ilə görüşüb.

Görüşdə birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinə Gürcüstan hərbi polisi və onun əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.

Görüşdən sonra silahlara və texnikaya baxış keçirilib, döyüş atışlı təlimlər, o cümlədən bina əməliyyatı və yüksək ranqlı şəxslərin qorunması tədbirlərinin icrası izlənilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər