Menyu

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Nərmin Qocamanlı
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində  "Mercedes Vita" və  "Opel"in toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, yaralılardan 2-nin vəziyyəti ağır, 5-nin vəziyyəti orta ağır qiymətləndirilir. 

***

09:20

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən "Operativ Media"ya verilən məlumata görə, "Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi  Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində Mercedesdə olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB"

Əlaqəli Xəbərlər