http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

Azərbaycan Prezidenti Kral III Çarlzı təbrik edib

12 Sentyabr 2022 , 22:46
Azərbaycan Prezidenti Kral III Çarlzı təbrik edib

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlza məktub göndərib.

Məktubda deyilir:

“Əlahəzrət,

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

OXŞAR XƏBƏRLƏR
ISESCO Bakıda keçiriləcək COP29-un işində fəal iştirak edəcək

ISESCO Bakıda keçiriləcək COP29-un işində fəal iştirak edəcək

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb

Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb

Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:39

    Tokayev: Azərbaycan və Ermənistanın münasibətlərdə yeni səhifə açmaq istəyini dəstəkləyirik
  • Dünən
    23:09

    Tehran Məsud Pezeşkianın COP29-da iştirak edəcəyini təsdiqləyib
  • Dünən
    22:41

    Mariya Zaxarova: Moldova seçkilərdə çoxsaylı saxtakarlıqlara yol verib
  • Dünən
    22:22

    ISESCO Bakıda keçiriləcək COP29-un işində fəal iştirak edəcək
  • Dünən
    21:52

    Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
    Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
  • Dünən
    21:42

    Dünya Bankı Ukraynaya 600 milyon dollar vəsait ayıracaq
  • Dünən
    21:16

    İndoneziyada vulkan dörd hava limanının bağlanmasına səbəb olub
  • Dünən
    20:58

    Tbilisidə müxalif partiyalar etiraz aksiyası keçirir
Menyu