12 günlük İran-İsrail müharibəsinin bitməsindən sonra İran və Aİ-3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların ilk raundu İstanbulda başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.
Avropa nümayəndə heyəti artıq İran konsulluğunun binasına gəlib. İran tərəfini xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi iyulun 21-də bildirib ki, Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün Aİ-3 ilə danışıqların yeni mərhələsi iyulun 25-də İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.
Gözəl Azadəliyeva