ABŞ Polşaya 4 milyard dollar kredit ayırır

Gozel Həşimova
ABŞ Polşaya 4 milyard dollar kredit ayırır

Polşa və ABŞ-nin hərbi idarələri Varşavaya Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində 4 milyard dollar məbləğində kredit zəmanətinin verilməsi haqqında saziş imzalayıblar.

Operativ Media xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

O qeyd edib ki, Varşava Vaşinqtonun hərbi kredit proqramından ən çox faydalanan ölkəyə çevrilib. Bildirilib ki, vəsait Polşa Silahlı Qüvvələrinin modernləşdirilməsinə sərf olunacaq.

Əlavə edək ki, ABŞ Polşanın əsas müdafiə tərəfdaşıdır. Varşava Amerika tərəfdən "F-35" qırıcıları, "96 Apache AN-64" hücum helikopteri, raketlər, "Abrams" tankları və "Patriot" hava hücumundan müdafiə sistemləri alır.

 

Gözəl Azadəliyeva

Digər xəbərlər