Hizbullahın rəhbər şəxslərindən biri öldürülüb
Əsəd Abbaslı
İsrail ordusu Livanda Hizbullahın "Bint Cbeyl” qanadının şəxsi heyət üzrə rəhbəri Əli Məhəmməd Həsən Kutanı zərərsizləşdirib.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
Bildirilib ki, adıçəkilən şəxs Hizbullahın Bint Cbeyl bölgəsində komplektləşdirilməsi və hərbi əməliyyatlar vaxtı qruplaşmanın tərkibinə silahlıların cəlb edilməsi ilə məşğul olub.
Eyni zamanda, həmin şəxs İsrail və Livan arasındakı razılaşmaların pozulmasında mühüm rol oynayıb.
İsrail dövlətinə qarşı yarana biləcək istənilən təhlükənin qarşısının bundan sonra da alınacağı qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net